EN

Gürcüstan parlamentində Orta Dəhlizin inkişafı müzakirə olunub

Bakı. Trend:

Gürcüstan parlamentində “Qlobal siyasi dəyişikliklər və yenibeynəlxalq iqtisadi gündəlik – Gürcüstan üçün çağırışlar vəimkanlar” mövzusunda iqtisadi forum keçirilib. Forum çərçivəsindəOrta Dəhlizin inkişafı və ölkənin nəqliyyat-logistikainfrastrukturunun genişləndirilməsi məsələləri müzakirə olunub.

Trend bu barədəGürcüstan parlamentinə istinadla xəbər verir.

Qeyd olunur ki, forumu parlamentinin sədri Şalva Papuaşviliaçıb.

Spiker bildirib ki, müasir qlobal qeyri-sabitlik şəraitindəmilli maraqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Spikerdövlətlə biznes sektoru arasında əməkdaşlıq məsələlərinə dətoxunub, Gürcüstanın Avropa ilə Asiya arasında birləşdirici dəhlizkimi potensialını vurğulayıb.

“Qlobal prosesləri nəzərə alsaq, Gürcüstan Avropa ilə Asiyanıbirləşdirən sabit dəhlizlərdən biri kimi yeni imkanlar əldə edəbilər. Biznes sektoru bu tendensiyaya uyğunlaşmalıdır ki, ölkəninbirləşdirici dəhliz kimi potensialından tam istifadə edə bilsin”, –deyə o əlavə edib.

Məlumata görə, panel müzakirələrində, həmçinin iqtisadi siyasətkomitəsinin sədri Şota Berekaşvili və xarici əlaqələr komitəsininsədri Nikolaz Samxaradze iştirak ediblər. Şota Berekaşviliçıxışında qlobal dəyişikliklər şəraitində Gürcüstanın iqtisadiinkişafının strateji istiqamətlərini, Orta Dəhlizin rolunu, eləcədə nəqliyyat və logistika infrastrukturunun inkişafını xüsusivurğulayıb.

O qeyd edib ki, həm biznes sektoru, həm parlament, həm dəhökumət Gürcüstan və region üçün sülhün əsas rol oynadığı, bununölkəyə investisiyaların artmasına və nəticə etibarilə iqtisadiinkişafın sürətlənməsinə töhfə verdiyi barədə həmfikirdir.

Nikolaz Samxaradze Gürcüstanın xarici siyasət prioritetləri,ölkənin Avropaya inteqrasiya prosesi və beynəlxalq tərəfdaşlarlaəməkdaşlıq barədə məlumat verib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Chosen
30
az.trend.az

1Sources