EN

MİRAS təmir və texniki xidmət imkanlarını SAHA 2026-da təqdim edəcək

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC Türkiyədə keçiriləcək SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edəcək.

“Poliqon” xəbər verir ki, sərgidə MİRAS tərəfindən müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalar əsasında formalaşdırılmış servis, inteqrasiya, texniki qulluq və təmir xidməti imkanları təqdim olunacaq.

Sərgi çərçivəsində şirkətin beynəlxalq tərəfdaşlarla görüşləri və yeni əməkdaşlıq imkanlarının müzakirəsi də nəzərdə tutulur.

Ümumilikdə MİRAS-ın fəaliyyət sahələri texniki xidmət, təmir, modernizasiya və sistem inteqrasiyası istiqamətlərini əhatə edir. Şirkət xüsusilə aviasiya vasitələrinin mühərrik və reduktorlarının əsaslı və orta təmiri üzrə ixtisaslaşıb. Bu sahə qlobal miqyasda yalnız müəyyən ölkələrdə mövcud olan mürəkkəb texnoloji proseslərdən biridir və həm xüsusi avadanlıq, həm də yüksək səviyyəli kadr potensialı tələb edir.

MİRAS bu tələblərə cavab verən texniki bazaya və peşəkar mühəndis heyətinə malikdir. Eyni zamanda, şirkət illərlə xidmət etmiş texnikaların modernizasiyası istiqamətində də mühüm layihələr həyata keçirir. Müasir standartlara cavab verməyən sistemlərin yenilənməsi, fərqli texniki komponentlərin bir-biri ilə inteqrasiyası və onların sinxron işləməsini təmin etmək üçün mühəndislik dizaynı və sınaq mərhələləri MİRAS-ın əsas iş prosesinə daxildir.

Hazırda MİRAS aviasiya, hava hücumundan müdafiə, rabitə və digər hərbi-texnoloji sahələrdə uğurlu fəaliyyət göstərir. Şirkətin əsas hədəfi yerliləşmə səviyyəsini artırmaq, xarici asılılığı minimuma endirmək və mümkün qədər bütün texniki xidmətləri öz resursları hesabına təmin etməkdir.

MİRAS Azərbaycan Ordusundakı layihələrdə birbaşa və dolayısı ilə iştirak edir. Şirkət ayrı-ayrı layihələri sadalamasa da, bütün əsas texniki proseslərdə və yeniliklərdə tərəfdaş kimi çıxış edir. Bu, şirkətə həm yeni təcrübə qazanmaq, həm də texnoloji potensialını artırmaq imkanı yaradır.

MİRAS-ın hədəfi Müdafiə Nazirliyi sistemində mövcud təmir və servis imkanlarını daha da inkişaf etdirmək, yeni texnikalara və müasir sistemlərə cavab verəcək infrastruktur formalaşdırmaqdır. Bu məqsədlə şirkət bilik, bacarıq və resurslarını qorumaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də strateji prioritet hesab edir.

Qeyd edək ki, 5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 sərgisi 120-dən çox ölkədən 1500-dən artıq iştirakçını bir araya gətirəcək və 100 min kvadratmetrdən böyük ərazini əhatə edəcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

597925364

523491574

Chosen
18
poliqon.az

1Sources