EN

Əhali arasında narahatlıq: həm rayonda, həm də şəhərdə artır

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son illər əhali arasında sağlamlıqla bağlı problemlərin artdığı qeyd olunur. Bu məsələ artıq rayon və şəhər arasında xüsusi fərq kəsb etmir. Belə ki, əvvəllər kənddə yaşayanların daha sağlam olduğu deyilsə də, indi vəziyyət tamamilə başqadır. 

Bunlar əsasən hansı xəstəliklərdir?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, kənd və şəhər sakinləri arasında artan müvafiq xəstəliklər müasir həyat tərzinin dəyişməsi ilə bağlıdır:

“Əvvəllər kənd həyatı daha sağlam hesab olunurdu, lakin bu gün vəziyyət fərqlidir. Kənd yerlərində əsas problem su və qida gigiyenasıdır. Təmizlənməmiş su, yaxşı yuyulmayan tərəvəzlər, eləcə də çiy məhsullar bakteriya və parazit riskini artırır. Bundan əlavə, pestisid və gübrə istifadəsi də bağırsaq sağlamlığına mənfi təsir edir”.

Terapevt bildirib ki, şəhərdə əsasən piylənmə halları yayılıb və əsas səbəb qeyri-düzgün qidalanma, o cümlədən hərəkətsizlikdir:

“Fast-food”, şəkərli qidalar və oturaq həyat tərzi piylənmə, həmçinin insulin müqavimətinə gətirib çıxarır. Yəni problem təkcə qida və ya su ilə bağlı deyil, ümumi gündəlik yaşamdadır. İnsanlar nəzərə alsın ki, kənddə gigiyena, şəhərdə isə balanslı qidalanma və aktivlik sağlamlığın əsas şərtidir”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
globalinfo.az

1Sources