EN

Bank depozitləri artıb: milli valyutada yüksəliş, xarici valyutada azalma

Bakı. Trend:

Azərbaycanda bu ilin 1 mart tarixinə bank sektorunda ümumidepozit bazasının həcmi 41,345 milyard manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu vəsaitin 25,881 milyard manatı millivalyutada, 15,5 milyard manatı isə xarici valyutadadır.

Milli valyutada yerləşdirilmiş depozitlərin 13,8 milyard manatıtələb olunanadək, 12,080 milyard manatı isə müddətli depozitlərdənibarətdir. Xarici valyutada olan depozitlərin isə 8,1 milyardmanatı tələb olunanadək, 7,3 milyard manatı müddətlidepozitlərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada depozitlər2,175 milyard manat və ya 9,2 faiz artıb. Xarici valyutadadepozitlər isə 1,2 milyard manat və ya 7,5 faiz azalıb.

Məqalədə:
Chosen
9
az.trend.az

1Sources