EN

Ərdoğan əldə olunmuş razılaşmanı alqışladı

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında iki həftəlik atəşkəs barədə əldə olunmuş razılaşmanı alqışlayıb.

Hafta.az xəbər verir ki, Türkiyə Prezidentinin sosial şəbəkələrdəki paylaşımında fevralın 28-dən etibarən regionu “alov arenasına” çevirən müharibədə elan olunmuş atəşkəs rejiminin Ankarada məmnunluqla qarşılandığı bildirilib.

“Ümid edirik ki, atəşkəs rejimi tam şəkildə qorunacaq və heç bir təxribat və diversiya üçün əsas yaradılmayacaq”, – deyə Türkiyə liderinin paylaşımında qeyd olunub.

Türkiyənin dövlət başçısı atəşkəs razılaşmasının əldə olunmasında rol oynamış bütün tərəflərə təşəkkürünü bildirib, Pakistanın həlledici rolunu xüsusi vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin yerləşdiyi regionun sülh və sabitliyə ehtiyac duyduğunu qeyd edib:

“Müharibələrdən, münaqişələrdən və gərginlikdən ciddi şəkildə zərər çəkmiş regionumuzun mümkün qədər tez sülhə, əmin-amanlığa və sabitliyə qovuşmasını səmimi qəlbdən arzulayırıq. Türkiyə regionda və bütün dünyada sülhün tərəfdarı olmağa davam edəcək”.

Chosen
3
2
hafta.az

3Sources