EN

Quba və Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər aparılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Quba rayonunun Qımılqışlaq və Xaçmaz rayonunun Xanoba kəndlərində monitorinqlər aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı zərərvericinin qışlama yerləri yoxlanılıb, aşkar edilən zərərvericilər mexaniki üsulla məhv edilib.

Bununla yanaşı, kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Bildirilib ki, temperaturun tədricən yüksəlməsi ilə əlaqədar zərərverici qışlama yerlərini tərk etməyə başlayır və həmin mərhələdə son monitorinq tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaz və yay aylarında zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması istiqamətində görüləcək tədbirlər barədə ətraflı məlumat verilib.

Sakinlərə mövzu ilə bağlı buklet və kitabçalar paylanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
azertag.az

1Sources