EN

Bu ərazidə yollar əsaslı təmir olunacaq

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Yevlax şəhərində yollar əsaslı təmir olunacaq.

BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 657 min manat təşkil edir.

İşlər əsasən şəhərin bir neçə küçəsində – xüsusilə Şəhid Heydər Əliyev və Elçin Ağayev küçələrində aparılacaq.

Təmir işləri çərçivəsində yolların köhnə asfalt örtüyü söküləcək, səth hamarlanacaq və yenidən asfaltlanacaq. Bundan əlavə, giriş-çıxış yolları da yenidən qurulacaq. Bəzi ərazilərdə isə köhnə asfalt frezlənərək (yəni üst qatı kəsilərək) yenidən formaya salınacaq və üzərinə yeni örtük çəkiləcək.

Layihənin məqsədi şəhər yollarının keyfiyyətini artırmaq və nəqliyyatın hərəkətini daha rahat və təhlükəsiz etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
baku.ws

2Sources