EN

Bu saata olan əsas xəbərlər

 

 

 

 

AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:

 

 

  

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib.  

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri arasında təkbətək görüş olub.

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfəyədək artıb.

Azərbaycan və Qazaxıstan informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir.

DİM: Aprelin 12-də 53 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək.

Xəzər dənizində 5,3 bal gücündə zəlzələ olub.

Əfqanıstan və Pakistan gərginliyi azaltmaq barədə razılığa gəliblər.

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən 341 vakansiya təqdim edib.

Azərbaycandakı dini konfessiya rəhbərləri bəyanat yayıblar.

Sabah əksər rayonlarda hava yağıntılı olacaq.

Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəddir.

Pentaqon rəhbəri: İranda qarşıya qoyulmuş bütün hədəflərə nail olunub.

Media: Türkiyə Çinin BYD şirkətini 1 milyard dollar cərimələyə bilər.

Azərbaycan Serbiyaya 444 milyon kubmetrdən çox qaz ixrac edib.

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında atəşkəsi alqışlayıb.

Chosen
50
azertag.az

1Sources