ain.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı son illərdə sürətlənsə də, alternativ yolların çatışmazlığı və ya mövcud olanların bərbad vəziyyətdə olması hələ də aktual problemlərdən biri kimi qalır. Xüsusilə əsas yollara alternativlərin ya olmaması, ya da istifadəyə yararsız hala düşməsi sürücüləri çətin vəziyyətdə qoyur. Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, alternativ və alternativsiz yollar bir-birini tamamlamalıdır:"Alternativ yol anlayışı adətən böyük şəhərləri birləşdirən, respublika əhəmiyyətli və bir ölkəni digər ölkə ilə bağlayan yollar silsiləsinə aiddir. Respublika tipli yolların keyfiyyəti artıq beynəlxalq normalarla ölçülür. Düzdür, daxili yollar da beynəlxalq normalara uyğun olmalıdır, amma daxili yolların özünün respublika tabeli, yerli tabeli və s. kimi müxtəlif növləri mövcuddur. Sinxronlaşdırıldıqda belə, daxili yolların digər şəhər və qəsəbələrlə əlaqəsini təmin edən kommunikasiya yollarının təmirli və ya təmirsiz, daş örtüklü, torpaq örtüklü, birinci dərəcəli və ya ikinci dərəcəli olması yollar arasındakı fərqi yaradır. Bu da yol hərəkəti nişanlarına təsir edə bilər".O bildirib ki, magistral yolların alternativi kifayət qədər mövcuddur:"Amma şəhərdaxili yollarda, xüsusilə paytaxtda, alternativ yollar olmaya bilər və bunu etiraf etmək lazımdır. Bu, bizim potensialımıza nə dərəcədə uyğun olduğu barədə düşündürücü sual yaradır. Bu yolların ümumilikdə proqram çərçivəsində, dövlət proqramları ilə həll olunması mümkündür. Əks halda, uyğun olmayan vəziyyətlər meydana çıxa bilər. Dövlət proqramları çərçivəsində bu yollar çəkilir və çəkilməyə davam edir.Konkret şəhərdaxili yollara gəldikdə isə, onların özünəməxsus problemləri var. Məsələn, şəhər daxilində küçələrin çəkilməsi baha başa gələ bilər, çünki evlərin sökülməsi, torpağın ayrılması, məhkəmə prosedurlarının uzun çəkməsi kimi məsələlər yol inşası zamanı çətinliklər yaradır".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.