EN

"İnter" Markus Türam üçün qiymət təyin edib

"İnter"in hücumçusu Markus Türam yayda komandadan ayrıla bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Milan təmsilçisi futbolçunu yay transfer dövründə satmağa hazırdır. İtaliya klubu fransalı forvardın satışından minimum 50 milyon avro gəlir əldə etmək niyyətindədir.

Təkliflər klubun gözləntilərini qarşılamayacağı halda, hücumçu növbəti mövsümdə də İnterdə qalacaq.

Qeyd edək ki, Markus Türam 2023-cü ildə Almaniyanın "Borussiya Münhenqladbax" klubundan azad agent kimi İnterə keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

Cari mövsümdə forvard Milan klubunun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Chosen
37
90deqiqe.az

1Sources