EN

Ukraynada hərbi komissarlıqlar "Çağırış Ofisləri" adlandırılaBİLƏR

Ukraynanın hərbi komissarlıq analoqu olan Ərazi Komplektləşdirmə Mərkəzləri (TÇK) "Çağırış Ofisləri" və ya "Komplektləşdirmə Ofisləri" adlandırıla bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Liga.net" nəşrinə Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi Roman Kostenko məlumat verib.

O qeyd edib ki, adında ofis sözü olacaq. "Prezident Ofisi", "Baş Prokurorluq Ofisi" adlarında olduğu kimi, burada da ofis olacaq.

Kostenkonun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin planlarına həmçinin TÇK-nın funksiyalarını, xüsusən də sosial funksiya ilə çağırış funksiyasını bir-birindən ayırmaq daxildir. Səfərbərliyə cavabdeh olan struktur "Çağırış Ofisi" (və ya "Komplektləşdirmə Ofisi") adlanacaq. Bununla belə, xalq deputatı bu islahatın Ukraynadakı səfərbərlik tədbirlərində hər hansı bir şeyi dəyişəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Xədicə BAXIŞLI

 

Chosen
35
1
redaktor.az

2Sources