EN

Belçikanın xarici işlər naziri İsrailin atdığı raketdən son anda qurtuldu FOTO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Belçikanın xarici işlər naziri Maksim Prevost Livana səfəri zamanı İsrailin Beyruta raket zərbəsi endirdiyi yerə təhlükəli dərəcədə yaxın olduğunu bildirib.Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.Onun sözlərinə görə, hadisə nazir və onun nümayəndə heyətinin yerləşdiyi Belçika səfirliyindən bir neçə yüz metr aralıda baş verib."Livan prezidentinin İsrail ilə atəşkəs danışıqlarına başlamaq təklifini alqışlamağa vaxtım olmamışdı ki, İsrail münaqişənin əvvəlindən bəri ən güclü hücumlarından birini başlatdı... Nümayəndə heyətimlə birlikdə raket zərbələrinin endirildiyi yerdən bir neçə yüz metr aralıda səfirlikdə idik", - Prevost qeyd edib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
1
bizim.media

6Sources