EN

Naxçıvanda bu qanun ləğv edilə bilər

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 10 aprel tarixində keçiriləcək beşinci iclasının gündəliyi müəyyənləşdirilib.

Publika.az "Report"a istinadən xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat dinləniləcək.

Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılacaq.

İclasda həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunacaq.

Chosen
7
10
publika.az

10Sources