EN

Avrozonada pərakəndə satışlar proqnozlara uyğun olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada pərakəndə satışlar proqnozlara uyğun olub.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın fevral ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.

Məlumatlara əsasən, Aİ üzrə pərakəndə satışlar fevral ayında aylıq müqayisədə 0,3 faiz azalıb, illik müqayisədə isə 1,7 faiz artım göstərib.

Avrozonada da pərakəndə satışlar fevral ayında əvvəlki ayla müqayisədə 0,2 faiz azalsa da, illik əsasda 1,7 faiz artıb. Bazar gözləntilərinə görə, Avrozonada pərakəndə satışların aylıq 0,2 faiz azalacağı, illik isə 1,6 faiz artacağı proqnozlaşdırılırdı.

Aylıq müqayisədə pərakəndə satışlarda ən böyük azalma 2,5 faizlə Litvada, 2,4 faizlə Polşada və 2 faizlə Sloveniyada qeydə alınıb. Ən yüksək artım isə 2 faizlə Maltada, 1 faizlə Bolqarıstanda, 0,8 faizlə isə Portuqaliya və Cənubi Kipr Rum İdarəçiliyində müşahidə olunub.

Fevral ayında illik müqayisədə pərakəndə satışlar ən çox 6,8 faizlə Rumıniyada, 3,5 faizlə Sloveniyada və 2,4 faizlə Slovakiyada azalıb. Eyni dövrdə Lüksemburqda 11,9 faiz, Maltada 11,4 faiz və Bolqarıstanda 7,3 faiz artım qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
25
1
banco.az

2Sources