EN

Ən çox qol vuran 10 ingiltərəli hücumçudan biri indi “Neftçi”dədir

“Neftçi”nin hücumçusu Bassala Sambu xarici çempionatlarda ən çox qol vuran ingiltərəli futbolçular siyahısında ilk “10-luq”daqərarlaşır.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu Misli Premyer Liqasının cari mövsümündə vurduğu 10 qolla buna nail olub.

Sambu dünyanın ən məhsuldar 7 ingiltərəli futbolçusu siyahısına şərikdir. Onunla yanaşı, Luk Planqe (“Qrasshoppers”, İsveçrə), Keinan Devis (“Udineze”, İtaliya), Sem Kosqrov (“Oklend”, Avstraliya) və Olli Halbert (“Barri Taun”, Uels) də eyni göstəriciyə malikdir.

Hazırda Bassala Sambunu 6 həmyerlisi qabaqlayır. Bunlar Harri Keyn (“Bayern”, Almaniya – 31 qol), Cordan Uillyms (TNS, Uels – 26), İvan Toni (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı – 25), Maykl Ndjoli (“Lions”, Cəbəllüttariq – 17), Meyson Qrinvud (“Olimpik” Marsel, Fransa – 15) və Elliott Rivsdir (“Flint Taun”, Uels – 12).

Bassala Sambu ötən ilin əvvəlindən “Neftçi”nin formasını geyinir.

Chosen
15
sportinfo.az

1Sources