Londonun "Çelsi" klubu heyətdə ciddi islahatlara başlamaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, "zadəganlar" ötən yay transfer pəncərəsində böyük ümidlərlə heyətinə qatdığı Alehandro Qarnaço ilə yollarını ayırmağı planlaşdırır.
"Goal" nəşrinin yaydığı məlumata görə, argentinalı vingerin gözləntiləri doğrultmaması klub rəhbərliyini bu addımı atmağa sövq edib. London təmsilçisi gənc oyunçunun satışından maksimum dərəcədə yüksək gəlir əldə etməyi və bu vəsaiti yeni transferlərə yönəltməyi hədəfləyir.
Hazırda bir neçə Avropa klubunun Qarnaçonun vəziyyətini yaxından izlədiyi bildirilir.