EN

Şəhid ailəsinə tikilən evdə işlərin gedişi yerində qiymətləndirilib » AzadMedia.az


08 aprel 2026-cı il tarixdə Araz Əhmədov Masallı rayonunun Xırmandalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Qasımov Rüstəm Qənimət oğlunun qardaşı üçün inşa edilmiş fərdi yaşayış evində aparılan tikinti işləri ilə yerində tanış olub.

Baxış zamanı evdə görülən işlərin mövcud vəziyyəti barədə rayon rəhbərinə ətraflı məlumat verilib. Bildirilib ki, tikinti işləri müəyyən olunmuş plan əsasında davam etdirilir və keyfiyyət amili xüsusi diqqətdə saxlanılır.

Rayon rəhbəri şəhid ailələrinə dövlət qayğısının daim diqqət mərkəzində olduğunu vurğulayaraq, tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasının vacibliyini qeyd edib. O, həmçinin aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Masallı rayonunda ardıcıl tədbirlər həyata keçirilir.
Chosen
16
azadmedia.az

1Sources