EN

Akif Nəsirli: İran Hörmüz boğazını tamamilə bağlasa, bu məhdudiyyət dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp 14 günlük atəşkəs elan etdi. Bu atəşkəsin fonunda isə İran qələbəsini elan edir. Belə olan təqdirdə Tehran Hörmüz boğazını da tamamilə bağlaya bilər.

Hörmüz boğazı dünya neft ticarətində kritik rol oynayır və buradan keçən təxminən 20–30% neftin hər hansı bir bağlanması qlobal enerji bazarını sarsıda bilər. Boğaz bağlansa, neft qiymətləri dərhal yüksəlir və qlobal iqtisadiyyata inflyasiya və iqtisadi yavaşlama kimi təsirlər göstərir. Regional gərginlik artır, hərbi və diplomatik qarşıdurma riski yüksəlir, xüsusilə ABŞ və Körfəz ölkələri üçün. Alternativ boru kəmərləri mövcud olsa da, Hörmüzün yükünü tam əvəz edə bilməz. Nəticədə enerji təhlükəsizliyi, ticarət və sığorta xərcləri artaraq bütün dünya iqtisadiyyatına ciddi təsir göstərir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əgər Tehran Hörmüz boğazını tamamilə bağlasa, bu məhdudiyyət dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər, çünki bu boğaz dünya neft və qaz ticarətində strateji rol oynayır.

“Boğaz vasitəsilə gündə təxminən 20 milyon barrel neft və LNG ticarət olunur, yəni qlobal neft ehtiyacının böyük hissəsi buradan keçir. Bu yolun bağlanması enerji təchizatında böyük kəsir yarada bilər, neft və qaz qiymətlərinin sürətlə qalxmasına səbəb olar və qlobal bazarlarda qeyri-sabitlik yaradardı. Qiymət artımı idxalçılarda istehsal və nəqliyyat xərclərini artırar, bununla da inflyasiya təzyiqlərini yüksəldər və iqtisadi artıma mənfi təsir göstərə bilər”-deyə iqtisadçı qeyd edib.

Boğazın bağlı qalması ərzaq, enerji və digər sənaye məhsullarının qiymətlərini də təsir edərək dünya ticarətini yavaşlada bilər. Belə bir vəziyyət həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün iqtisadi çətinliklərə yol aça bilər və qlobal iqtisadiyyat üçün ciddi risklər yaratmış olar”-deyə Akif Nəsirli bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources