Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir.
Â
Bu barədə Baku TV-nin videomaterialında deyilir.
Â
Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkəti ilə müqavilə əsasında çalışaraq müxtəlif xidmətlər göstəriblər. Lakin iddia olunur ki, görülən işlərin müqabilində aylardır əməkhaqqıları ödənilmir.
Â
"Mən layihə çərçivəsində sürücü kimi fəaliyyət göstərirdim. Ötən ilin oktyabr ayından bəri maaşlarımız ödənilmir, dekabrda isə bizi işdən çıxardılar. Şirkətin mənə təxminən 2 700-2 800 manat borcu var", - şikayətçilərdən biri söyləyib.
Â