UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyununda "Liverpul" səfərdə PSJ-nin qonağı oldu.
Offsideplus.az xəbər verir ki, parislilər oyundan 2:0 hesabla qalib ayrıldı.
Bu nəticə son zamanlarda yaxşı günlərini yaşamayan "Liverpul"a daha bir antirekord yazdı.
"Liverpul" klubu bütün turnirlər daxil olmaqla ardıcıl 4-cü səfər məğlubiyyətini alaraq antirekordunu yeniləyib. Mersisayd təmsilçisi sonuncu dəfə belə bir uğursuz seriya ilə 2012-ci ilin aprelində üzləşmişdi.
Uğursuzluq silsiləsi:
- "Qalatasaray" 1:0 "Liverpul"
- "Brayton" 2:1 "Liverpul"
- "Mançester Siti" 4:0 "Liverpul"
- "Paris Sen-Jermen" 2:0 "Liverpul"