EN

Qardaş ölkədə sel fəlakəti - fotolar

Türkiyənin bir sıra bölgələrində fırtına və sel fəlakəti yaşanır. Musavat.com bildirir ki, İzmirdə bütün gün davam edən leysan yağış gecə saatlarında daha da güclənib. Güclü yağış həyatı iflic edib. Ödəmiş-İzmir avtomobil yolunun bir hissəsini su basıb, avtomobillər yolda qalıb.

Magistralın Yeniköy və İlkkurşun məhəllələri arasındakı hissəsində də su yığılıb.

Yolda qalan bəzi avtomobillər ətrafdakıların və evakuatorların köməyi ilə xilas edilib. Hətta bəzi sürücülər traktordan istifadə edərək nəqliyyat vasitələrini ərazidən uzaqlaşdıra biliblər. Yol polisi marşrutdan istifadə edən sürücüləri saxlayıb, onlara yolda qalma təhlükəsi barədə xəbərdarlıq edib. Güclü yağış davam edir.

Manisa ərazisində axşam saatlarından intensivləşən leysan yağışı səbəbindən yollara su yığıldığı üçün piyadalar və sürücülər hərəkət etməkdə çətinlik çəkib. Minik avtomobilləri və bir işçi avtobusu suyun səviyyəsinin qalxması səbəbindən Köhnə Manisa yolunda yolda qalıb.

Muğlanın Milas rayonunda sel suları altında qalan avtomobildə olan 2 nəfərdən biri həyatını itirib, digəri isə qruplar tərəfindən xilas edilib.

Milas rayonu Yaka məhəlləsində Gökçeler dərəsi yaxınlığında su basmış yolu keçmək istəyən avtomobili sel apararaq dərəyə aşırıb. Xəbər verildikdən sonra əraziyə AFAD (Fəlakət və Fövqəladə Hallar İdarəsi), yanğınsöndürmə idarəsi və tibb qrupları göndərilib.

Hatayda isə gecə saatlarında yağan leysan yağışı nəticəsində suyun səviyyəsi yüksələn dərədə daşqın baş verib, nəticədə körpü və yolun bir hissəsi uçub.

Hatayda axşam saatlarında intensivləşən leysan yağışlar küçə və yolları su basmasına səbəb olub. Çoxlu avtomobil yolda qalıb.

Sinoptiklər qeyri-sabit hava şəraitinin bir həftə davam edəcəyini bildirərək, sel və fırtına xəbərdarlığı ediblər.

c23230a1-8a68-4fad-9fad-0d3f743d76d8.jpeg

4c22a699-d020-44f4-a065-6f3d6d48e10c.jpeg

Musavat.com

Chosen
21
1
ekologiya.az

2Sources