EN

Masallının Həsənli kəndində su aparıcı kanal təmizləndi - FOTO

Masallı rayonunun Həsənli kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 1,6 kilometr məsafədə su aparıcı kanal təmizlənib.


Manset.az xəbər verir ki, 08 aprel 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı rayonunun Həsənli kəndində aparılan təmizlik işləri ilə yerində tanış olub, Masallı Su Meliorasiya Sistemlərinin istismarı idarəsinin rəisi Akif Həmidov rayon rəhbərinə görülmüş işlər barədə məlumat verərək bildirib ki, ərazidə 1,6 km məsafədə su ötrücü kanal təmizlənib kanalın suötürmə qabiliyyəti artırılıb, suyun maneəsiz axını təmin olunub. Bu isə kənddə fəaliyyət göstərən fermer təsərrüfatlarının suvarma imkanlarını genişləndirərək məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.

Qeyd edək ki, kənd təsərrüfatının inkişafı və meliorativ vəziyyətin yaxşılaşdırılması istiqamətində rayonda bu kimi tədbirlər mütəmadi olaraq davam etdirilir.

Chosen
14
2
manset.az

3Sources