EN

Bizə lazım olanda köməyə gəlmədi...

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə qapalı keçirilən görüşdə müttəfiqlərdən məyus olduğunu deyib.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi məlumat verib.

"Donald Trampla çox açıq və səmimi söhbətimiz oldu. Trampa əksər Avropa ölkələrinin onu dəstəklədiyini söylədim", - deyə Mark Rutte əlavə edib.

Tramp isə "Truth Social" platformasında paylaşım edərək yazıb: "NATO bizə lazım olanda köməyə gəlmədi və yenə ona ehtiyacımız olsa, köməyə gəlməyəcək. Qrenlandiyanı – bu böyük, pis idarə olunan buz parçasını unutmayın".

Qeyd edək ki, ABŞ Prezidenti və NATO-nun Baş katibi arasında Ağ Evdə qapalı görüş keçirilib. Görüşdə ABŞ-NATO münasibətləri, İranla əldə olunan atəşkəs və digər məsələlər müzakirə edilib.

Chosen
22
publika.az

1Sources