EN

Tramp Rutteyə gileyləndi - NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi...



ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə qapalı görüş keçirib. İranla bağlı hadisələr, Hörmüz boğazındakı vəziyyət və NATO-ABŞ münasibətlərinin müzakirə olunduğu düşünülən görüşdən sonra Tramp diqqət çəkən paylaşım edib.

Donald Tramp sosial media platforması Truth-da böyük hərflərlə paylaşdığı mesajda bildirib: "NATO ehtiyac duyduğumuz zaman bizim yanımızda deyildi və ehtiyac duysaq, bir daha da bizim yanımızda olmayacaq. Qrenlandiyanı, o nəhəng, pis idarə olunan buzlaqları xatırlayın".

NATO-nun baş katibi Mark Rutte isə CNN-ə açıqlamasında Trampın NATO müttəfiqlərinə qarşı tənqidləri ilə razılaşdığını bildirib. Rutte bəzi NATO üzv ölkələrinin sınaqdan keçə bilmədiyini bildirib və bununla da Trampı dəstəklədiyini bildirib.

Tahir TAĞIYEV

Chosen
48
baki-xeber.com

1Sources