Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb, dərinliyi 12 kilometr olub.