Zaqatalada bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Qəbizdərə kəndində qeydə alınıb.
Kənd sakini - 1989-cu il təvəllüdlü Elmir Bayramovu elektrik cərəyanı vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media