EN

Yuxusuzluq ölüm riskini artırır Həkimdən AÇIQLAMA

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Tibb elmləri namizədi Aleksandr Kazasenko uzunmüddətli yuxusuzluğun insan həyatı üçün ciddi risk yaratdığını bildirib. 

Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru-ya danışıb.

"Gündə yeddi saatdan az yuxu alan insanların ölüm riski orta hesabla 12 faiz artır. Uzunmüddətli yuxusuzluq həyat üçün ən az qiymətləndirilən risk faktorlarından biridir", - deyə o bildirib.

Həkim vurğulayıb ki, hətta bir dəfəlik yuxusuzluq belə beynin işləməsinə və diqqətin cəmlənməsinə mənfi təsir göstərir. Əgər gecə istirahətinin çatışmazlığı xroniki hala gəlirsə, əsəbilik, apatiya, emosional yanma və depressiya meydana çıxır. Daha da əhəmiyyətlisi, depressiya yuxu keyfiyyətini pisləşdirərək vəziyyəti daha da ağırlaşdırır.

Kazasenko xroniki yuxusuzluq ilə ürək-damar və digər xəstəliklər arasında aydın əlaqə olduğunu bildirib. Yuxu çatışmazlığı orqanizmin tam bərpasına mane olur, nəticədə adi hərəkətlər belə daha çox enerji tələb edir, bu isə adrenalin ifrazını artırır, ürək döyüntüsünü sürətləndirir və təzyiqi yüksəldir.

Həkim əlavə edib ki, insanlar yorğunluqdan qaçmaq üçün fiziki aktivliyi azaltmağa çalışırlarsa, bu, çəki artımı və hərəkətsizliyə səbəb olaraq, ölümcül ürək-damar xəstəlikləri riskini artırır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
redaktor.az

2Sources