EN

“Atletiko” “Barça”nı, PSJ “Liverpul”u məğlub etdi Video

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda İspaniya çempionu və hazırkı La Liqa lideri “Barselona” “Atletiko Madrid”i qəbul edib və 0:2 hesabı ilə məğlub olub.

Yeniavaz.com xəbər verir ki, “Barselona”nın ispan müdafiəçisi Pau Kubarsi 44-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

45-ci dəqiqədə “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvareş hesabı açıb. 70-ci dəqiqədə norveçli hücumçu Aleksandr Şörlot isə yekun hesabı müəyyənləşdirib – 0:2.

Günün digər oyununda isə İngiltərə çempionu “Liverpul” Çempionlar Liqasının son çempionu PSJ-nin qonağı olub və 2:0 hesabı ilə məğlub olub.

Bu oyunda isə fransalı hücumçu Deziri Dui və gürcü hücumçu Xviça Kvaratsxeliya fərqləniblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
yeniavaz.com

2Sources