EN

Rusiya Odesanın enerji infrastrukturauan PUA hücumu edib

Rusiya qoşunları Odesa bölgəsindəki enerji infrastrukturuna daha bir PUA hücumu həyata keçirib.

Herbiand.az xəbər verir ki, yarımstansiyanın operatoru olan özəl enerji şirkəti DTEK Telegram kanalında yarımstansiyaya ciddi ziyan dəydiyini bildirib.

Şirkət yarımstansiyanın yeri barədə ətraflı məlumat verməyib, lakin açıqlamasında Odesa bölgəsinin Rusiya Federasiyası tərəfindən "demək olar ki, gecə-gündüz" hücum altında olduğunu qeyd edib. DTEK "təhlükəsizlik vəziyyəti imkan verən kimi" yarımstansiyanın təmirinə başlayacağına söz verib.

Rusiyanın Odesa yaxınlığındakı yarımstansiyaya endirdiyi zərbəni regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper təsdiqləyib. O bildirib ki, hadisə zamanı insan itkisi olmayıb.

Chosen
36
herbiand.az

1Sources