EN

ABŞ BƏYAN ETDİ: Böyük müharibə başlayacaq, İran isə… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tramp sosial şəbəkədəki paylaşımında qeyd edib ki, ABŞ-a məxsus bütün hərbi gəmilər, aviasiya qüvvələri, şəxsi heyət, eləcə də lazım olan əlavə silah və sursat İran və onun ətrafında yerləşdirilməyə davam edəcək.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, məqsəd artıq zəiflədilmiş rəqibə qarşı hərbi üstünlüyü qorumaq və razılaşmanın icrasını təmin etməkdir.

ABŞ lideri vurğulayıb ki, əgər razılaşma hər hansı səbəbdən pozularsa, “daha genişmiqyaslı və güclü” hərbi əməliyyatlar başlaya bilər.

O, əlavə edib ki, bu plan əvvəlcədən razılaşdırılıb.

Tramp həmçinin bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək və Hörmüz boğazı açıq və təhlükəsiz qalacaq.

Paylaşımında o, ABŞ Silahlı Qüvvələrinin gücləndiyini qeyd edərək, “Amerika geri döndü” ifadəsini işlədib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
konkret.az

2Sources