"Azərlotereya" ASC ödədiyi 100,7 milyon manat vergi məbləği ilə 2025-ci ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısında 16-cı yeri tutub.
Marja.az bu barədə Dövlət Vergi Xidmətinin açıqladığı "2025-ci ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla)" siyahısına istinadən xəbər verir.
"Azərlotereya" şirkəti ötən il Azərbaycandan ən çox vergi ödəmiş lotereya və idman mərc operatorudur.
“Caspian Tech” QSC (Topaz brendi) 2025-ci ildə ödədiyi 39,8 milyon manat vergi məbləğilə 100 vergi ödəyicisi arasında 32-ci, lotereya və idman mərc operatorları arasında isə 2-ci yeri tutub.