
“Hər şey sanki bizim qalib gəldiyimiz kimi təqdim olunsa da, əslində ABŞ məğlubiyyətə uğrayıb”.
Missiya.Az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
O bildirib ki, ABŞ heç vaxt İranda "rejim dəyişikliyi" həyata keçirə bilməyib və əməliyyata xərclənən böyük maliyyə vəsaitlərinə baxmayaraq, müharibə uğursuz olub:
"Bütün bunların fonunda regionda yerləşən hərbi bazalarımıza ciddi ziyan dəyib. Üstəlik, İran hazırda Hörmüz boğazına nəzarət edir", - deyə Karlson vurğulayıb.
Daşqın HəsənovMissiya.Az