ABŞ prezidenti Donald Trampın administrasiyası İranla müharibə zamanı ABŞ və İsrailə lazımi dəstək göstərməyən bəzi NATO üzv ölkələrini cəzalandırmaq planını nəzərdən keçirir.
Herbiand.az xəbər verir ki, "The Wall Street Journal" qəzeti bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib.
Planda "İranla müharibədə lazımi dəstək göstərməyən" Şimali Atlantika Müqaviləsi Təşkilatının üzv ölkələrindən ABŞ qoşunlarının çıxarılmasını nəzərdə tutur.
Bu ABŞ qüvvələri Yaxın Şərqdəki hərbi kampaniyanı daha fəal şəkildə dəstəkləyən ölkələrə yerləşdirilə bilər. Qeyd edək ki, məqalədə bu təklif Trampın ABŞ-ı NATO-dan çıxarmaqla bağlı son təhdidlərindən xeyli yumşaq kimi təsvir olunur. ABŞ qanunlarına görə, o, bunu Konqresin dəstəyi olmadan edə bilməz.