EN

Atəşkəsdən sonra İsraildən ilk addım: Məhdudiyyətlər ləğv olundu

İranla əldə olunan atəşkəs razılaşmasından sonra İsrail hökuməti ölkədə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, həmçinin Əl-Əqsa məscidi 41 gündən sonra müsəlmanların ibadəti üçün yenidən açılıb.

İsrail Daxili Cəbhə Komandanlığı vəziyyətin qiymətləndirilməsindən sonra məhdudiyyətlərin bu gün saat 06:00-dan etibarən ləğv edildiyini bildirib.

Bununla yanaşı, İsrail tərəfi şimal bölgələri istisna olmaqla, əyani təhsilə icazə verildiyini açıqlayıb. Livan sərhədinə yaxın şəhərlərdə, işğal olunmuş Qolan təpələrində və Hayfa sahil bölgəsində isə tədris fəaliyyətlərinə yalnız sığınacaqlarda icazə verilir.

Qeyd olunub ki, sığınacaqlara yaxın ərazilərdə müəssisələr fəaliyyət göstərə bilər. Eyni zamanda, qapalı məkanlarda 200 nəfərə qədər, açıq məkanlarda isə 50 nəfərə qədər toplaşmağa icazə verilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
42
1
turkustan.az

2Sources