EN

Qarabağ ın U 19 u uşaqlarla görüş keçirdi

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Qarabağ" akademiyasının U-19 komandası “Bərabər imkanlar” layihəsi çərçivəsində uşaqlarla görüş keçirib.UEFA tərəfindən Gənclər Liqası çərçivəsində akademiyaya ayrılan 1000 avro məbləğində maliyyə vəsaiti gənc futbolçuların sosial və fərdi inkişafına yönəldilib. Klub bu vəsaitdən təyinatı üzrə istifadə edərək bir sıra inklüziv və maarifləndirici təşəbbüslər həyata keçirib.Layihə çərçivəsində klubun tərəfdaşı olan “Qarabağ Mechack 9030” komandası ilə birgə interaktiv proqram təşkil olunub. Futbol məktəblərindən olan uşaqların iştirak etdiyi tədbirdə robotika üzrə praktiki workshop keçirilib, iştirakçılar öz robotlarını hazırlayaraq oyun xəritəsi üzərində yarışdırıblar.Bununla yanaşı, “Bərabər imkanlar” layihəsi çərçivəsində eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün 1 aylıq LEGO dərsləri təşkil olunub. Əvvəlki mərhələdə “Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə isə uşaqlara klub tərəfindən formalar və hədiyyələr təqdim edilib.Qeyd edək ki, Gənclər Liqası yalnız idman rəqabəti deyil, həm də gənc futbolçuların sosial məsuliyyət və inkişafını dəstəkləyən platformadı. “Qarabağ” akademiyası bu istiqamətdə fəaliyyətini davamlı şəkildə genişləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
6
icma.az

7Sources