Bakı, 9 aprel, AZƏRTAC
Bolqarıstanda yol yardımı xidmətləri göstərən şirkətlər Sofiyada etiraz aksiyası keçirib.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, aksiya Sofiya dairəvi yolu üzərində baş tutub. Etirazçılar evakuatorları yol kənarında saxlayaraq etiraz etməyə başlayıblar. Onlar hökumətlə görüş və problemlərinin müzakirəsini tələb edərək “Biz oğru deyilik” kimi şüarlar səsləndiriblər.
Şirkətlər qərarların daha şəffaf qəbul olunmasını və bu sahədə çalışanların müzakirələrə cəlb edilməsini istəyib. Bildirilib ki, Regional İnkişaf və İctimai İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verəcək.