EN

Banandan daha çox B6 vitamini olan 5 məhsul

Bananlar B6 vitamininin yaxşı mənbəyi hesab olunur. Orta ölçülü bir bananda təxminən 0,4 milliqram, yəni gündəlik normanın 25%-i qədər bu vitamin mövcuddur. Lakin bəzi məhsullarda bu göstərici daha yüksəkdir...

Poliqon xəbər verir ki, bu barədə Verywell Health nəşri yazır.

B6 vitamininin rolu

ABŞ Qida Əlavələri İdarəsinin məlumatına görə, əksər böyüklər üçün gündəlik B6 vitamini norması 1,3 mq, hamilə qadınlar üçün isə 1,9 mq təşkil edir.

Bu vitamin suda həll olunur və orqanizmdə bir sıra vacib funksiyaları yerinə yetirir:
- infeksiyalarla mübarizə aparan anticisimlərin yaranmasına kömək edir;
- sinir sisteminin normal fəaliyyətini təmin edir;
- oksigen daşıyan hemoglobinin sintezində iştirak edir;
- zülalların parçalanmasına və mənimsənilməsinə kömək edir;
- qanda şəkər səviyyəsinin balansını qorumağa dəstək verir.

B6 vitamini banandan daha çox olan məhsullar

1. Sarıqanad ton balığı - Bu balıq həm təzə, həm də konservləşdirilmiş formada istifadə oluna bilər. 85 qram bişmiş sarıqanad ton balığında 0,9 mq B6 vitamini (gündəlik normanın 53%-i) mövcuddur. Bundan əlavə, maqnezium, fosfor, kalium, selen və B12 vitamini ilə zəngindir.

2. Mal qaraciyəri - 85 qram mal qaraciyərində 0,9 mq B6 vitamini (53%) var. Yüksək qida dəyərinə görə “superqida” sayılır. Az kalorili olmaqla yanaşı, zülal, dəmir, A və B12 vitaminləri, sink və mislə zəngindir.

3. Qırmızı losos (nerka) - 85 qram bu balıqda 0,6 mq B6 vitamini (35%) mövcuddur. Omega-3 yağ turşuları ilə zəngin olan losos həmçinin A və B12 vitaminləri, selen, kalium, fosfor, maqnezium və kalsium ehtiva edir.

4. Noxud - Yarım stəkan noxudda 0,55 mq B6 vitamini (təxminən 32%) var. Lif, dəmir və zülal mənbəyidir. Bundan əlavə, A, E və C vitaminləri, həmçinin maqnezium və kalium kimi minerallarla zəngindir.

5. Toyuq döş əti - 85 qram toyuq döş ətində 0,5 mq B6 vitamini (29%) mövcuddur. Az yağlı olması ilə seçilir və yüksək zülal mənbəyidir. Tərkibində həmçinin maqnezium, kalium və fosfor da var.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources