EN

İrandan Hörmüzlə bağlı xəbərdarlıq - mina təhlükəsinə görə alternativ marşrut açıqlandı…



ABŞ-la müvəqqəti atəşkəsdən sonra Hörmüz boğazından nəzarətli keçidə icazə verəcəyini açıqlayan, lakin İsrailin Livana hücumları ilə atəşkəsi pozmasından sonra boğazı yenidən gəmilər üçün bağlayan İran, Fars körfəzində gözləyən gəmilərə ciddi xəbərdarlıq edib.

İran Limanları və Dənizçilik Təşkilatı Fars körfəzində keçid gözləyən gəmilərin İran İnqilab Keşikçiləri Dəniz Qüvvələri ilə əlaqələndirilməsini istəyib: "Dəniz təhlükəsizliyini təmin etmək və dəniz minaları ilə potensial təmasın qarşısını almaq üçün əlavə edilmiş xəritəyə uyğun olaraq aşağıda göstərilən alternativ marşrutlar, sonrakı xəbərdarlığa qədər Hörmüz boğazında İran İnqilab Keşikçiləri Dəniz Qüvvələri ilə əlaqələndirilərək istifadə olunmalıdır".

Giriş marşrutu üçün Ərəbistan dənizindən şimala doğru irəliləyərək Larek adasının yaxınlığından keçib Fars körfəzinə doğru hərəkət edilməlidir. Çıxış marşrutu üçün isə Fars körfəzindən başlayıb Larek adasının cənubundan keçərək Ərəbistan dənizinə doğru davam edilməlidir.

Tahir TAĞIYEV

Chosen
16
baki-xeber.com

1Sources