EN

Daşkənddə Əmir Teymurun 690 illiyi qeyd olunub

Olaylar.az xəbər verir ki, Özbəkistanda böyük dövlət xadimi Əmir Teymurun anadan olmasının 690 illiyi münasibətilə genişmiqyaslı beynəlxalq tədbirlər təşkil olunub. Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələrin qatıldığı tədbirlər yüksək səviyyədə baş tutub.

TÜRKSOY-un Baş katibi Sultan Raev Daşkənddə keçirilən mədəni proqramda iştirak edərək Teymuri irsinin  qorunması və təbliği istiqamətində həyata keçirilən layihələrlə yerində tanış olub.

Bu  gün  həmçinin  Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin ev sahibliyi ilə "Əmir Teymur və Teymurilər İntibahının dünya tarixi və mədəniyyətində yeri və əhəmiyyəti" mövzusunda beynəlxalq konfrans da  təşkil edilib. Konfrans çərçivəsində alimlər, sənətçilər və mədəniyyət xadimləri bir araya gələrək Əmir Teymurun sivilizasiyaya verdiyi töhfələri geniş müzakirə ediblər.

Proqramın fəxri qonaqları sırasında yer alan Sultan Raev Daşkənd səfəri zamanı mərkəzdə fəaliyyət göstərən TÜRKSOY ofisini də ziyarət edib və həyata keçirilən layihələr barədə məlumat alıb.

Tədbirlər çərçivəsində Əmir Teymur dövrünün dünya tarixində buraxdığı dərin izləri əks etdirən xüsusi sərgi də nümayiş olunub. Teymuri sivilizasiyasının incəsənət, memarlıq və elm sahəsində əldə etdiyi nailiyyətləri əks etdirən eksponatlar iştirakçıların böyük marağına səbəb olub.

Proqramın davamında isə "Böyük Əmir və Donna Maria" adlı filmin nümayişi baş tutub.

Qeyd edək ki, tədbirlərdə Azərbaycandan   yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
32
olaylar.az

1Sources