EN

Ilıcalı klubunu satır – 9 milyon avroya...


Türkiyəli iş adamı Acun Ilıcalı sahibi olduğu Sloveniyanın “Maribor” klubunu satmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nogomania” portalı məlumat yayıb.
Məlumatda Ilıcalının təxminən 9 milyon avroya “Maribor”u satmağa hazır olduğu bildirilir.
Bu qərara səbəb iş adamının “Maribor”da gözlədiyi nəticəni əldə edə bilməməsidir.
Belə ki, iki il əvvəl “Maribor”u satın alan Ilıcalı kluba qoyulan investisiyalara baxmayaraq, meydanda gözlənilən uğuru əldə edə bilməyib. İki kuboksuz mövsümdən sonra bu mövsüm də çempionluğun əldən verilməsi bu qərarda mühüm rol oynayıb.
Hazırda klub rəsmi olaraq satışa çıxarılmasa da, konkret təkliflərə açıqdır.
Sloveniya mətbuatı potensial investorların artıq kluba maraq göstərməyə başladığını və yunanıstanlı iş adamı Evangelos Marinakis kimi böyük iş adamlarının “Maribor”u almaq istədiyin xəbər verir.
“Maribor”un tarixi nailiyyətlərinin, azarkeş bazasının və infrastrukturunun onu cəlbedici investisiyaya çevirməsi satış prosesinin yaxın gələcəkdə baş tutmacağını göstərir.
Chosen
2
1
yeniavaz.com

2Sources