EN

“Araz Naxçıvan”ın futbolçuları 100 min manat pulu qazana bilmədi

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Araz-Naxçıvan”ın futbolçuları bu həftə 100 min manat qazanmaq fürsətini qaçırıb.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, qeyd olunan məbləğ onlara Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov tərəfindən vəd edilib.

Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Sabah”la keçirilən matçdan öncə komanda üzvləriylə görüşən NFF-nın başçısı qələbə müqabilində göstərilən rəqəmdə vəsait ödəyəcəyini bildirib.

Naxçıvan təmsilçisi ilk hissənin gedişində Felipe Santos və Hamiudu Keyta ilə iki dəfə önə keçsə də, fasiləyə bərabərliklə yollanıb.

İkinci hissədə isə qapısından daha iki top buraxan “ağ-qırmızılar” 2:4 hesablı məğlubiyyətlə barışıb.

“Araz-Naxçıvan” bu yenilgidən sonra turnir cədvəlində yuxarı qalxmaq şansını qaçırıb. 39 xala malik komanda altıncı pillədə qalıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
icma.az

2Sources