EN

MSK nümayəndə heyəti Macarıstanda

MSK

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcəkAzərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfərə yola düşüb.Bu barədə MSK-a məlumat yayıb.Qeyd edilib ki, səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir.Səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyi sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.Bildirilib ki, MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyası Macarıstanda parlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidə missiyasının tərkibində də təmsil olunur.

Diqqət Çəkənlər

Çaykənd Qızılbalıqartırma Zavodu yenidən qurulacaq

Ağdaban soyqırımı

ABŞ ilə İran arasında atəşkəs

Chosen
21
16
ulusum.az

10Sources