EN

Masallıda şəhidlərin ruhuna ehtiram FOTOLAR

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

44 gün çəkən Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı. Bununla da Azərbaycanın yeni şanlı tarixi yazıldı. Bu yolda qan tökən qəhrəman Vətən övladları cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayırlar. Torpağı Vətən edən şəhidlər baş tacımızdır.

Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da gözünü qırpmadan, ölümə meydan oxumaqla Vətən naminə odun-alovun içinə girib ölməzliyə qovuşan qəhrəmanları yad etməyi, xatirələrini əziz tutmağı hamı özünə müqəddəs borc bilir. Eləcə vaxtaşırı olaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi onların qayğıları öyrənilir, yarana biləcək hər hansı problemin qarşısı mühüm addımlar atılmaqla alınır.

Bu günlər isə icra başçısı Araz Əhmədov, Birinci müavini Tohid Hüseynov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, media nümayəndələri və vətəndaşların iştirakı ilə Xırmandalı kəndində şəhidlərin uyuduğu müqəddəs yerlərə baş çəkilib, hörmət, sonsuz ehtiram əlaməti olaraq qəbirüstü abidələri önünə tər gül dəstələri düzülüb.

Söhbət əsasında deyilib ki, Vətən, torpaq uğrunda canından keçmək ən böyük şərəf və qürurdur. Bu yolu seçənlər heç bir zaman ölmürlər.

Şəhidlərin ailə üzvləri isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə öz razılığını bildiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
sesqazeti.az

1Sources