EN

İnqa Ruqiniene: Litva Avropa İttifaqı Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Litva təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın gücləndirilməsi məqsədilə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir.

Ölkə.Az xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı "X" hesabındakı paylaşımında bildirib.

Baş nazir qonaqpərvərliyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Onun sözlərinə görə, Litva Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək imkanına sahib olmaqdan məmnunluq duyur:

"Litva təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın gücləndirilməsi məqsədilə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir və bu istiqamətdə enerji əməkdaşlığını əsas prioritetlərdən biri hesab edir. Artan qeyri-sabitlik və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi şəraitində ölkələrimiz arasında əməkdaşlıq daha da vacibdir".

Baş nazir qeyd edib ki, Litva Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olunması istiqamətində səyləri qətiyyətlə dəstəkləyir, əldə olunan irəliləyişi alqışlayır və regionda sabitliyin davam etdirilməsinin tərəfdarıdır.

Thank you @presidentaz Ilham Aliyev for the warm welcome to Baku.It is a pleasure to have the opportunity to further develop relations between Lithuania and Azerbaijan.Lithuania supports closer EU-Azerbaijan ties to strengthen security, stability, and economic prosperity for… pic.twitter.com/SHI4fwoXPX

— Inga Ruginienė (@IRuginiene) April 9, 2026

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
5
olke.az

6Sources