Rusiya Müdafiə Nazirliyinin xüsusi layihələr əmlakının idarə edilməsi departamentinin keçmiş rəis müavini Oleq Vasenin 6 il müddətinə məhkum edilib. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
Herbiand.az bildirir ki, Vasenin 19 milyon rubl (təxminən 412 min manat – red.) məbləğində rüşvətxorluqda ittiham olunub.
Moskvanın Tverskoy rayon məhkəməsi onu Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə cinayət törətməkdə təqsirli bilib. Həmçinin, 19,9 (təxminən 432 min manat - red.) milyon rubl məbləğində cərimə edilib. Məhkəmə müəyyən edib ki, keçmiş rəis müavini rüşvəti bir neçə hissə ilə alıb.
Bundan əlavə, Oleq Vaseninə həbsdən azad edildikdən sonra 5 il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib.
Bəxtiyar CƏFƏRLİ