EN

Bakıda Qazi Universitetinin Türk Dili Mərkəzi fəaliyyətə başladı

Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri sayılan Qazi Universitetinin nümayəndə heyəti Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıya səfər edib.

Musavat.com xəbər verir ki, bu il 100 illik yubileyini qeyd edən universitetin nümayəndə heyətinə Türk dili mərkəzinin direktor müavini, professor Mustafa Kurt və universitetin Kadrlar şöbəsinin müdiri Emre Yıldırım daxildir. Onlar Bakıda türk dili imtahanlarının təşkili, eləcə də yerli təhsil qurumları ilə əməkdaşlıq imkanlarının müzakirəsi üçün bir sıra görüşlər keçiriblər. Səfər çərçivəsində Qazi Universiteti, "Avrasiya Danışmanlık" və "Big Time Education" şirkətinin birgə təşkilatçılığı ilə TÖMER imtahanının təqdimat mərasimi də baş tutub. Tədbirdə çıxış edən "Big Time Education" şirkətinin rəhbəri Ülviyyə Filiyeva layihənin məqsədləri barədə məlumat verərək bildirib ki, bu əməkdaşlıq təhsil sahəsində yeni imkanlar yaradacaq.

Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü, olimpiya mükafatçısı Rəsul Çunayev çıxışında gənclərin beynəlxalq təhsil imkanlarına çıxışının vacibliyini vurğulayıb. "Avrasiya Danışmanlık" şirkətinin rəhbəri İlqar Süleymanov isə Qazi Universiteti ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək bildirib ki, universitetin zəngin təcrübəsi Azərbaycanda da tətbiq olunacaq. Qazi Universitetinin nümayəndəsi professor Mustafa Kurt çıxışında Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Bakıda təşkil olunacaq TÖMER imtahanları vasitəsilə əldə edilən sertifikatlar Türkiyənin bütün universitetlərində keçərli olacaq.

Eyni gün keçirilən təhsil sərgisində Qazi Universitetinə böyük maraq göstərilib. Tələbələr və valideynlər universitetdə təhsil imkanları ilə yaxından tanış olmaq üçün stendə müraciət edib, onlara ətraflı məlumat verilib.

Qeyd olunub ki, yaxın vaxtlarda Bakıda Qazi Universitetinin rəsmi imtahan mərkəzi fəaliyyətə başlayacaq. Bu mərkəzdə mütəmadi türk dili dərsləri keçiriləcək və TÖMER imtahanları təşkil olunacaq. Səfər çərçivəsində gənc idmançıların Türkiyədə təhsil imkanlarının genişləndirilməsi məqsədilə Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası ilə də görüşlərin keçirilməsi planlaşdırılır. Tədbirin sonunda tərəfdaş qurumların nümayəndələrinə sertifikatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
3
olaylar.az

4Sources