EN

Türkiyə müdafiə naziri NATO-nu Aİ-yə üzv ola bilməyən ölkələri dəstəkləməyə çağırıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nu Avropa İttifaqına üzv ola bilməyən ölkələrə dəstəkləməyə çağırıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir bildirib ki, əks halda, Avropa İttifaqının bu yanaşması Avropanın təhlükəsizliyi və dayanıqlılığına təhdid yaradacaq:

“Həqiqət budur ki, Türkiyə güclü müdafiə imkanları və sənayesi ilə Avropanın təhlükəsizliyinə və müdafiəsinə daha çox töhfə verə bilər. Avropalı bir çox dostumuzun bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu çox yaxşı analiz edəcəyini və daha məntiqli bir yanaşma sərgiləyəcəyini düşünürük”, – nazir qeyd edib.

Chosen
32
6
7times.az

7Sources