EN

Arda Turanın "Şaxtyor"u "AZ Alkmaar"a qarşı - "Bizi çox ciddi rəqib gözləyir"

style='margin-bottom:10px;'>

Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" (Ukrayna) bu gün Konfrans Liqasının 1/4 finalının ilk matçın "AZ Alkmaar"ı (Niderand) qəbul edəcək.

QOL.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq matç Polşanın Krakov şəhərində keçiriləcək.

Oyundan əvvəl təşkil olunan mətbuat konfransında Arda Turan deyib: 

"AZ Alkmaar" çox yaxşı komandadır və gözəl futbol oynayır. Futbolda ən təhlükəli rəqiblər nəticələri tez-tez dəyişən komandalar yox, oyun mədəniyyətinə sahib klublardır. Onlar müxtəlif üsullarla qol vura bilirlər, topa sahib olmağı sevirlər və keyfiyyətli futbolçulara malikdirlər. Sabah (bu gün - red.) bizi çox ciddi rəqib gözləyir. Bu, 1/4 final mərhələsidir və "AZ Alkmaar" bu mərhələyə layiq rəqibdir. Biz onların oyun mədəniyyətinə hörmət edirik, amma kim olduğumuzu bilirik – "Şaxtyor".

Arda Turan Konfrans Liqasındakı hədəflər haqda da danışıb: “Hazırda yalnız sabahkı oyun haqqında düşünürük. Bu, bizim üçün çox vacib oyundur, böyük çağırışdır. Əgər başqa şeylər haqqında düşünsək, rəqib qalib gələr. Buna görə də yalnız növbəti oyuna köklənirik”.

O deyib ki, "Şaxtyor"un turnirdə şansları digər bütün komandalarla eynidir.

Chosen
6
2
teleqraf.com

3Sources