EN

Ərəblinskidən ilhamlanıb səhnəyə gələn Sidqi Ruhulla - "Görəsən, mən də elə artist olarammı?"

Hindistanlı rəssam Raja Ravi Varmanın “Yaşoda və Krişna” əsəri 15,3 milyon avroya satılaraq ölkə tarixinin ən bahalı sənət əsəri olub.

Kulis.az xaricimediaya istinadən xəbər verir ki, Dehlidə keçirilən hərracda tablo əvvəlcədən müəyyən edilən qiyməti xeyli üstələyib.

Əsəri hindistanlı milyarder Sirus S. Punavalla satın alıb və onu milli sərvət kimi qoruyacağını bildirib.

Satış əvvəlki rekordları da geridə qoyaraq hind sənət bazarında yeni mərhələ yaradıb.

Qeyd edək ki, ekspertlər bu hadisəni hind incəsənətinin qlobal dəyərinin artmasının göstəricisi kimi qiymətləndirirlər.

Chosen
21
kulis.az

1Sources