EN

İran atəşkəsə Hormüz boğazını bağlamaqla nail oldu

Bakı, 9 aprel, AZƏRTAC

ABŞ ilə İran arasında atəşkəs elan olunsa da Hörmüz boğazında tanker və gəmilərin intensiv hərəkəti müşahidə olunmur. Atəşkəs rejimi elan olunduqdan sonra dünən dünya enerji bazarında canlanma yarandı və neftin qiyməti kəskin aşağı düşdü. Lakin bu gün Hörmüz boğazının hələ də bağlı qalması qiymətin artmasına səbəb oldu.

AZƏRTAC xəbər verirki, bu gün Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,28 dollar artaraq 97,03 dollar olub. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti isə 3,22 dollar artaraq 97,6 dollar təşkil edib.

Qiymət artımın başlıca səbəbi boğazın hələ də bağlı qalmasıdır.

Qlobal səviyyədə gəmilərin okeanda hərəkətini müşahidə edən “Kpler” şirkətinin məlumatına əsasən, atəşkəs elan oluduqdan sonra boğazdan bir gəmi də keçməyib.

“The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verir ki, son 2 gün ərzində Hörmüz boğazından yalnız 4 gəmi keçib və bu gəmilərin arasında neft daşıyan tanker olmayıb.

Baş verənlər göstərir ki, İran klassik hərbi qarşıdurmadan daha effektiv vasitəyə – iqtisadi təzyiqə üstünlük verir. Hörmüz boğazına nəzarət Tehrana iki əsas üstünlük qazandırır. Birincisi, qlobal enerji bazarına təsir imkanları genişlənir. İkincisi isə, öz neftini daha yüksək qiymətə satmaq imkanı yaranır. Ən diqqətçəkən məqam isə odur ki, İran nefti ənənəvi olaraq “Brent” markasından ucuz satıldığı halda, hazırkı şəraitdə bəzi bazarlarda daha yüksək qiymətə realizə olunur. Bu, bazar mexanizmlərinin böhran şəraitində necə dəyişdiyini nümayiş etdirir. İran atəşkəsə məhz Hormüz boğazını bağlamaqla nail oldu. Rəsmi Tehran boğazın qlobal iqtisadiyyata nə qədər güclü təsir etdiyini anlayıb və bu təsir mexanizmini əldə verməz.

Chosen
25
2
azertag.az

3Sources